Xəbərlər
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Zaqatalada rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Zaqatalada rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Zaqatala rayon Təhsil işçilərinin konfransı keçirilib.Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.Konfransı giriş sözü ilə açan Zaqatala rayon üzrə Təhsil Sektorunun müdiri Kəmalə Əhmədova təqdimat haqqında qısa məlumat vermiş,hesabat təqdimatını Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Təhsilin keyfiyyət sektorunun məsləhətçisi Rəcəb Əlizadə davam etdirib.Hesabat təqdimat əsasında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Təhsilin keyfiyyət sektorunun müdiri Alqış Həsrətov,Zaqatala RİH-nın İctimai-siyasi və Humanitar məsələlər sektorunun müdiri Ramin Həsənov, ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov çıxış edərək təhsil işçilərini konfrans münasibəti ilə təbrik etmiş, gələcək işlərində uğurlar arzulayıb.
ETİHİ Zaqatala Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 65 yaş yubiley tədbiri qeyd edilib.

ETİHİ Zaqatala Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 65 yaş yubiley tədbiri qeyd edilib.
ETİHİ Zaqatala Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Dağlı kənd körpələr evi-uşaq bağçasının gözətçisi Abdullayev Riyaz Əbdüləziz oğlunun 65 yaş yubiley tədbiri qeyd edilib.Yubileydə Dağlı kənd körpələr evi-uşaq bağçasının müdiri Mətanət Kazımova və bağça kollektivi iştirak edib.ETİHİ Zaqatala Rayon Komitəsinin hədiyəsini Dağlı kənd körpələr evi-uşaq bağçasının İlk Həmkarlar İttifaqı sədri Orucova Dilrubə Kamil qızı Abdullayev Riyaz Əbdüləziz oğluna təqdim edib.ETİHİ Zaqatala Rayon Komitəsinin çoxsaylı İttifaq üzvləri adından Abdullayev Riyaz Əbdüləziz oğlunu təbrik edir,ona can sağlığı arzulayırıq.
ETİHİ Zaqatala Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə yubiley tədbiri qeyd edilib.

ETİHİ Zaqatala Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə yubiley tədbiri qeyd edilib.
ETİHİ Zaqatala Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı Şəki-Zaqatala Regional Təhsil İdarə Zaqatala rayon üzrə Təhsil Sektorunun məsləhətçisi Rəna Abdurahmanovanın yubiley tədbiri qeyd edilib.Yubileydə ETİHİ Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov Zaqatala rayon üzrə Təhsil Sektorunun müdiri Kəmalə Əhmədova və sektor əməkdaşları iştirak edib.ETİHİ Zaqatala Rayon Komitəsinin çoxsaylı İttifaq üzvləri adından Rəna Abdurahmanovanı təbrik edir,ona can sağlığı arzulayırıq.
ETİHİ Zaqata Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

ETİHİ Zaqata Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
ETİHİ Zaqata Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 31.07 2026 cı il tarixdə "1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü "ilə əlaqədar Zaqatala şəhər 2 saylı uşaq bağçasında dəyirmi masa keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.ETİHİ Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov məruzə ilə çıxış edib.Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun məsləhətçisi İntizar İsgəndərova,Şəhər 10 saylı uşaq bağçasının müdiri Aynurə Binəndə,Şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Şəfa Əmirxanlı,Şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Pəri Osmanova öz çıxışında Azərbaycan Dili haqqında məruzə ilə çıxış edib.Tədbir uşqların bədii kompozisiyaları ilə dəvam etdirilib.
ETİHİ Zaqatala Rayon Komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə yubiley tədbiri qeyd edilib.

ETİHİ Zaqatala Rayon Komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə yubiley tədbiri qeyd edilib.
ETİHİ Zaqatala Rayon Komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə çalışmanın yaş həddi çatmış M.Nəzirov adına Suvagil kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sultanov Abdurəhman Nəbi oğlu,S.Kərimov adına Kəpənəkçi kənd tam orta ümumtəhsil məktəbinin direktoru Süleymanov Salheddin Abdulməcid oğlu və Danaçı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nəbiyev Əsəbəli Ömər oğlunun yubiley tədbiri qeyd edilib.Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri Alqış Həsrətov,ETİHİ Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov,Zaqatala rayon üzrə Təhsil Sektorunun müdiri Kəmalə Əhmədova və sektor əməkdaşları iştirak edib.Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil Sektorunun müdiri Günay Mahmudova,ETİHİ Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov öz çıxışlarında hər bir müəllimə can sağlığı,gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.ETİHİ Zaqatala Rayon Komitəsinin hədiyyəsini Şəki-zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova tərəfindən Sultanov Abdurəhman Nəbi oğluna,Nəbiyev Əsabəli Ömər oğluna və Süleymanov Salheddin Abdulməcid oğluna təqdim edib. Tədbir çay süfrəsi ətrafında dəvam edib.ETİHİ Zaqatala rayon komitəsinin çox saylı üzvləri adından hər bir müəllimi təbrik edir,gələcək işlərində uğurlar arzulayırıq.
Zaqatalada 103-cü ildönümünə"həsr olunmuş Xalqın Parlaq Günəşi" adlı şeir və mahnı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Zaqatalada 103-cü ildönümünə"həsr olunmuş Xalqın Parlaq Günəşi" adlı şeir və mahnı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Zaqatala rayon İcra Hakimiyyəti, ETİHİ Zaqatala Rayon Komitəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala Rayon üzrə Təhsil Sektoru və Zaqatala Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə"həsr olunmuş Zaqatala rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında "Xalqın Parlaq Günəşi" adlı şeir və mahnı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
ETİHİ Zaqatala rayon komitəsi tərəfindən yubiley tədbiri keçirilib

ETİHİ Zaqatala rayon komitəsi tərəfindən yubiley tədbiri keçirilib
ETİHİ Zaqatala rayon komitəsinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Əliabad qəsəbə 4 nömrəli uşaq bağçasının müdiri Dilbər müəllimənin çalışmanın yaş həddi ilə bağlı yubiley tədbiri keçirilib.Tədbirdə ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov,Zaqatala rayon üzrə Təhsil Sektorunun müdiri Kəmalə Əhmədova ,məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və iş kollektivi iştirak edib.Tədbirdə çıxış edən ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov Dilbər müəlliməni təbrik edərək ona can sağlığı,gələcək həyatında uğurlar arzulayıb və ETİHİ Zaqatala rayon komitəsinin gül buketini təqdim edib.Tədbirdə iştirak edənlərdə Dilbər müəlliməyə can sağlığı arzulayıb.Dilbər müəllimə çıxış edərək göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
ETİHİ Zaqatala rayon komitəsi tərəfindən yubiley tədbiri qeyd edilib.

ETİHİ Zaqatala rayon komitəsi tərəfindən yubiley tədbiri qeyd edilib.
24.04.2026 cı il tarixdə ETİHİ Zaqatala rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon Təhsil Sektorunun təşkilatçılığı ilə R.Şabanov adına Aşağı Tala kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Yekibaşova Gülər Hacı qızının yubiley tədbiri qeyd edilib.ETİHİ Zaqatala rayon komitəsinin hədiyyəsini R.Şabanov adına Aşağı Tala kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbinin İlk Həmkarlar İttifaqı sədri Şabanova Kəmalə Hacımurad qızı tərəfindən Yekibaşova Gülər Hacı qızına təqdim edildi.Tədbirdə R.Şabanov adına Aşağı Tala kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vasif Əfəndiyev və məktəb kollektivi iştirak edib.Gostərilən diqqət və qayğıya görə Yekibaşova Gülər Hacı qızı ETİHİ Respublika komitəsinin rəhbərliyinə və ETİHİ Zaqatala rayon komitəsinin rəhbərinə öz təşəkkürünü bildirib.ETİHİ Zaqatala rayon komitəsi adından Yekibaşova Gülər Hacı qızına can sağlığı,işlərində uğurlar gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.
Zaqatalada valideyn konfransı keçirilib.

Zaqatalada valideyn konfransı keçirilib.
24.04.2026-cı il tarixdə Zaqatala rayon Zərifə Əliyeva adına Texniki fənlər liseyin akt zalında valideyn konfransı keçirilib.ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov konfransda iştirak edərək çıxış etmişdir.


