Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zaqatala Rayon Komitəsi, rayon ərazisində yerləşən təhsil müəsisələrində çalışan müıllimlərin və digər təhsil işçilərininsosial-iqdisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir. Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsi ,üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi,sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması,həmçinin mədəni,marifləndirici və içtimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir.
Struktur baxımından Komitə, təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Bundan əlavə, istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir.
Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayaraq, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir.

İttifaqın struktur genişliyi və üzv sayı
Zaqatala Rayon Komitəsi ,rayon ərazisində fəaliyyət göstərən 109 təhsil müəsissələrindən ibarət ilk həmkarlar ittifaqı təşkilatını və 3884 nəfər ittifaq üzvünü özündə birləşdirir.
Zaqatala Rayon Komitəsinin fəaliyyət istiqamətləri:


