Rəhbərlik

Sədr
Bayramov Bəhruz Qurban
Doğum tarixi
1980: anadan olmuşdur.
Təhsil
1998–2002: Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavr təhsili alıb.
2005–2006: Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında fəaliyyət göstərərək müəllimlərin təkmilləşdirilməsi və ixtisasartırma kurslarında “Azərbaycan dili müəllimliyi” üzrə ixtisas alıb.
Karyera fəaliyyəti
- 2002: Zaqatala rayonunun Yengiyan kənd ümumi orta ümumitəhsil məktəbində ixtisası üzrə müəllim kimi fəaliyyətə başlayıb.
- 2002–2003: Həqiqi hərbi xidmətdə olub.
- 2003–2006: Zaqatala rayonu Yengiyan kənd ümumi orta ümumitəhsil məktəbində müəllim kimi fəaliyyət göstərib.
- 2005–2006: Eyni zamanda Zaqatala rayonu Faldar kənd tam orta ümumitəhsil məktəbində müəllim kimi fəaliyyət göstərib.
- 2006–2011: Zaqatala rayonu C. Səmədov adına Faldar kənd tam orta ümumitəhsil məktəbində direktor vəzifəsində çalışıb.
- 2011–2022: Zaqatala rayon Təhsil Şöbəsinin Metodik Kabinetinin müdiri vəzifəsində fəaliyyət göstərib.
- 2021–2022: Zaqatala rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edib.
- 2022-ci ildən: Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zaqatala rayon komitəsinin komissiya üzvlərinin səsverməsi ilə sədr vəzifəsinə seçilib və hal-hazırda həmin vəzifədə fəaliyyət göstərir.


